Pakistanda güclü partlayış: 35 nəfər öldü

19:02 - 30 İyul 2023 - GÜNDƏM

 Pakistanda güclü partlayış: 35 nəfər öldü

Pakistanın Xayber Paxtunxva əyalətində "Camaati-İslami" partiyasının qurultayında baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb, 80-dən çox insan yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, partlayış yerli vaxtla saat 16.00 radələrində qurultay zamanı binanın daxilində baş verib. Polis hələ ki, partlayışın səbəbini açıqlamayıb.

Partiya lideri Hafiz Həmdullah bildirib ki, o da qurultaya qatılmalı idi, lakin şəxsi səbəblərə görə gələ bilməyib.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Həmdullah partlayışı pisləyib, hadisəni terror adlandırıb, ölkə və əyalət rəhbərliyini hadisə ilə bağlı araşdırma aparmağa çağırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol