Roma Papası Fransisk Rusiya hakimiyyətini Qara Dəniz Taxıl Təşəbbüsünü bərpa etməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.
"Qardaşlarıma, Rusiyanın hakimiyyət orqanlarına müraciət edirəm ki, Qara dəniz Taxıl Təşəbbüsü bərpa olunsun və taxıl daşınması təhlükəsiz həyata keçirilsin", - pontifik bildirib.
Papa Fransisk qeyd edib ki, taxılın məhv edilməsi Allaha qarşı təhqirdir, çünki taxıl onun bəşəriyyəti qidalandırmaq üçün hədiyyəsidir. O, aclıqdan əziyyət çəkən milyonlarla bacı-qardaşın fəryadının göylərə çatdığını vurğulayıb.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür