Çıxış yolu yoxdur, nüvədən istifadə edəcəyik - Medvedyev

22:26 - 30 İyul 2023 - GÜNDƏM

 Çıxış yolu yoxdur, nüvədən istifadə edəcəyik - Medvedyev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukraynanın əks-hücumunun uğur qazanacağı təqdirdə nüvə silahından istifadə ediləcəyi ilə hədələyib.

BUTA.TV xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya “kollektiv düşmən”in əks-hücumunu dəf edərək, nəinki ölkə vətəndaşlarının və rus torpaqlarını qoruyur, həm də dünya münaqişəsinin qarşısını alır:

"Əgər görsək ki, NATO-nun dəstəyi ilə ukraynalıların hücumu uğurludur və onlar bizim torpaqlarımızın bir hissəsini ələ keçiriblər, o zaman Rusiya Prezidentinin 02/06/2020 tarixli fərmanının qaydalarına əsasən bunu etməli olacağıq. Yəni, nüvə silahının istifadə... Sadəcə olaraq başqa çıxış yolu yoxdur. Ona görə də düşmənlərimiz döyüşçülərimizə dua etməlidir. Qlobal nüvə atəşinin alovlanmasına imkan vermirlər”.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol