Ölkədə son bir həftədə neçə nəfər koronaya yoluxub?

18:44 - 31 İyul 2023 - GÜNDƏM

 Ölkədə son bir həftədə neçə nəfər koronaya yoluxub?

Azərbaycanda son 1 həftə ərzində (24-30 iyul) koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BUTA.TV-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 17 yeni yoluxma faktı qeydə alınıb.

COVİD-19-a yoluxan 24 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 1 olub.

İndiyədək ölkədə ümumilikdə 832 021 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 714 nəfər müalicə olunaraq sağalıb, hazırda 17 aktiv xəstə var. Bu günə qədər 10 290 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 7 661 376 test icra olunub.
Eyni zamanda ölkədə son həftə ərzində 164 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 968 439 olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol