Türkiyədə sahildə 28 mina aşkarlandı: çimərlik bağlandı

22:08 - 31 İyul 2023 - GÜNDƏM

 Türkiyədə sahildə 28 mina aşkarlandı: çimərlik bağlandı

Türkiyənin İstanbul şəhəri yaxınlığında, Sofular çimərliyi ərazisində 28 partlamamış mina aşkarlanıb.

BUTA.TV xəbər veror ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Hazırda sakinlərin çimərliyə girişi dayandırılıb. İstanbul Valiliyi sursatların zərərsizləşdiriləcəyini açıqlayıb.

Bildirilir ki, minalar Şiladakı Sofular ictimai çimərliyində dənizdə çimmək qərarına gələn bir vətəndaş tərəfindən aşkar edilib. Vətəndaş bundan sonra jandarma dəstələrinə xəbər verib.

Jandarma briqadaları dənizdən və çimərlikdən istirahət edənləri təxliyə ediblər.

Sualtı müdafiə qrupunun komandanlığı dənizə dalıb və sursatların yerini müəyyən edib.

Qeyd olunub ki, avqustun 2-dək 28 mina məhv ediləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol