Rəqib cavab oyununda bizə yuxarıdan-aşağı baxmayacaq. Artıq bilirlər ki, bizi məğlub etmək üçün daha əzmkar olmalıdırlar.
BUTA.TV xəbər verir ki, bunu Polşa "Rakuv"unun futbolçusu Fabian Pyasetski Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.
Evdə Ağdam klubuna 3:2 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada qol vuran 28 yaşlı hücumçu komandasını çətin matçın gözlədiyini bildirib:
"Şərtlər Polşadakından fəqli olacaq. Amma matça ciddi hazırlaşmışıq. İlk görüşü diqqətlə təhlil edib, mümkün qədər yaxşı nəticə çıxarmağa çalışmışıq".
"Temperatur 30 dərəcə, rütubət isə 60 faizə yaxın olacaq. Keçən həftə bədənimizi yüksək temperatura alışdırmaq üçün neylonda məşq etmişik. Əlbəttə, şərtlər çətin olacaq. Lakin biz də mümkün qədər yaxşı hazırlaşmışıq. Hərarət təkcə meydanda deyil, on minlərlə azarkeşin yer alacağı tribunalarda da olacaq. Mətbuatda davamlı olaraq "Qarabağ"ın avrokuboklarda Polşa komandalarının əsl "cəllad"ı olduğu deyilir. Amma bu rəqibi keçə bilərik. İlk oyunda göstərdik ki, qorxacaq heç nəyimiz yoxdur. İndi Bakıda öz işimizi görməli və növbəti mərhələyə adlamalıyıq", - Pyasetski deyib.
Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakuv" oyunu saat 20:00-da start götürəcək.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi