İdmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

00:58 - 1 Avqust 2023 - GÜNDƏM

 İdmançımız Paralimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında gümüş medal əldə edib.

BUTA.TV xəbər verir ki, 3 qat paralimpiya çempionu 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da Saley Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol