Argentinalı hücumçu Azərbaycan klubuna keçir

09:24 - 1 Avqust 2023 - GÜNDƏM

 Argentinalı hücumçu Azərbaycan klubuna keçir

Argentinalı futbolçu Auqusto Lotti Azərbaycan klubuna keçir.

BUTA.TV xəbər verir ki, Meksikanın “Record” nəşri məlumat yayıb.

Bildirilib ki, hazırda həmin ölkənin “Krus Asul” klubunda çıxış edən 27 yaşlı hücumçu komandasını dəyişmək üzrədir. Lotti rəhbərliklə görüşərək, Avropaya yollanmaq arzusunu bildirib. Buna qarşı çıxmayan “Krus Asul” Azərbaycanın adı açıqlanmayan bir klubu ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, Auqusto Lottinin “Krus Asul”la müqaviləsi 2026-cı ilin sonuna qədərdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol