Valeri Gerasimov cəbhə xəttində - Video

11:40 - 1 Avqust 2023 - GÜNDƏM

 Valeri Gerasimov cəbhə xəttində - Video

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Zaporojye istiqamətində qoşunların komanda məntəqəsinə baxış keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda məntəqəsində Gerasimov general-polkovnik Aleksandr Romançukun mövcud vəziyyətlə bağlı məruzəsini dinləyib.

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi diqqəti düşmənin vaxtında müəyyən edilməsinə, ona qabaqlayıcı zərbələrin endirilməsinə və əks-batareya döyüşünün aparılmasına yönəldib”, - məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol