Masallıda qanunsuz tikintilərin qarşısı alındı - Video

13:16 - 1 Avqust 2023 - GÜNDƏM

 Masallıda qanunsuz tikintilərin qarşısı alındı - Video

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirliyin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, Masallı şəhərinin Heydər Əliyev prospektində “Sirr-M” MMC-yə məxsus yaşayış binasının, Səməd Vurğun küçəsində şadlıq sarayının, Digah yaşayış massivi və rayonun Ləngan kəndində ticarət obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol