Müharibənin dördüncü günü Baş Qərargah rəisi Onik Qasparyan Təhlükəsizlik Şurasının iclasında hərbi əməliyyatların dayandırılmasını təklif etmişdi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan parlamentin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının iclasında deyib.
“Məhkəmə proseslərindən keçdiyim üçün çox ehtiyatla cavab verə bilərəm. Dəqiq xatırlayıram ki, Təhlükəsizlik Şurasının iclasında belə söhbət olmuşdu. TŞ-nin bunun hansı hissəsini yaydığını bilmirəm, amma belə bir danışıq olmuşdu və bununla bağlı ilk məruzəni də mən aldım”, - Tonoyan bildirib.
Tonoyanın sözlərinə görə, o, məruzəni baş nazirə və Təhlükəsizlik Şurasına təqdim etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Tonoyan Azərbaycana qarşı “Yeni müharibə, yeni ərazilər” şüarını irəli sürən və işğalı genişləndirmək niyyətini açıq şəkildə ortaya qoyan şəxsdir. 44 günlük müharibədə erməni ordusu darmadağın ediləndən 10 gün sonra işdən çıxarılan Tonoyan 2021-ci ilin sentyabrından həbsdədir. Keçmiş müdafiə naziri sursat təchizatından sui-istifadədə ittiham olunur.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi