2020-ci ilin sentyabrın 25-də Rusiyaya hərbi təlimlərə göndərildim. Sentyabrın 25-dən 26-na keçən gecə silah və hərbi texnikanın tədarükünü təşkil etmək məqsədi ilə yenidən işgüzar səfər çərçivəsində AB və NATO üzvü olan ölkədə oldum. Ayın 26-da axşam, müharibə başlamazdan əvvəl mən təyyarədə idim, Qazaxıstana ezamiyyətimi davam etdirirdim. Oradan danışıqların iştirakçıları götürülməli və silah və hərbi texnikanın alınması ilə bağlı müzakirələr aparılmalı idi.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan parlamentin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının iclasında deyib.
“Ayın 27-si səhər mənə məlumat verildi. Və bundan sonra Ermənistan Baş naziri ilə söhbətim oldu. Pandemiyanın pis vəziyyətini nəzərə alaraq Ermənistana qayıtmaq üçün iki-üç saat ərzində güclə təyyarə tapdıq. Qayıdışımda maneələr oldu, amma bu barədə qapalı iclasda danışacağam. Mən Gürcüstan vasitəsilə qayıtdım. Sentyabrın 28-də səhər saat 4-də mən artıq İrəvanda idim”, - Tonoyan bildirib.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi