Pənah Hüseyn Surət Hüseynovun ölümündən yazdı

15:18 - 1 Avqust 2023 - GÜNDƏM

 Pənah Hüseyn Surət Hüseynovun ölümündən yazdı

Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub, münasibətim düşmənə münasibət olub və elə də qalır.

BUTA.TV xəbər verir ki, bunu sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sosial şəbəkə hesabında bildirib.

"Çox yaxın qohumumun vəfatı ilə bağlı kədimizdə yas mərasimindəyəm. KİV-dən Surət Hüseynovla bağlı fasiləsiz müraciətlər gəlir. Telefonu söndürmək, ya səssizə qoymaq olar, mənim adətim deyil. Və bu statusu məcburiyyətdən yazıram.

Surət Hüseynov vəfat edib və heç dəfn də olunmayıb. Bizim ürf-adətimizdə dəfn olunmayan adam haqqında yaxşı bir şey demirsənsə, pis danışmaq uyğun sayılmır.

Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub, münasibətim düşmənə münasibət olub və elə də qalır. Bu günsə deməklə kifayətlənirəm ki, ibrət çıxara bilənlər ibrət çıxarsın", - P.Hüseyn qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol