Naxçıvan Ali Məclisindən İrəvana çağırış

15:26 - 1 Avqust 2023 - GÜNDƏM

 Naxçıvan Ali Məclisindən İrəvana çağırış

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin avqustun 1-də keçirilən növbədənkənar sessiyasında Laçın yolunda baş verənlərə münasibət bildirilib.

BUTA.TV xəbər verir ki, müzakirələr zamanı qeyd olunub ki, Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsində humanitar yardım adı ilə təxribat törətməsi qəbuledilməzdir.

Ali Məclis İrəvanı belə hallara son qoymağa çağırıb.

Qeyd olunub ki, muxtar respublikanın qanunverici orqanı və ictimaiyyəti Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi siyasəti dəstəkləyir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol