Baş prokurora müraciət: Nə qədər ki, şahidlər sağdır…

15:32 - 1 Avqust 2023 - GÜNDƏM

 Baş prokurora müraciət: Nə qədər ki, şahidlər sağdır…

Baş Prokurorluq vaxtı ilə işğal altında olmuş kəndlərimizdə, şəhərlərimizdə baş vermiş cinayət faktları ilə bağlı cinayət işlərini təzələməlidir.

Bu sözləri BUTA.TV saytına Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov Vaqif Xaçatryanın saxlanılması ilə bağlı danışarkən deyib.

“Nə qədər ki, şahidlər sağdır, hamısı dindirilməlidir. Vaqif Xaçatryanın həbsi göstərdi ki, biz bu hadisələrin təbliğatını layiqincə aparmamışıq. Meşəli faciəsi haqqında internet resuruslarında məlumat qıtlığını Vaqif Xaçatryanın həbsindən sonra doldurmağa çalışırıq. Qarabağda belə faciələri yaşamış onlarla kənd var. Onların hamısı haqqında cinayət işləri yenilənməli, bütün şahidlər dindirilməli, təqsirkar şəxslərin dairəsi müəyyənləşdirilməlidir. Eyni zamanda Vikipediyanın xarci dillərində həmin faciələrlə bağlı səhifələr yaradılmalıdır. Faciəni əks elətdirən foto-sərgilər təşkil olunmalı, ensiklopediyalar hazırlanmalı, sənədli filmlər çəkilməlidir”, - Vəkilov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol