İrəvanın Rusiyaya sanksiyalardan yan keçməyə kömək edən fəaliyyəti növbəti dəfə ifşa edilib.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Məlumata görə, ötən ilin yayında Rusiyadan qaçan “Milandr”ın keçmiş direktoru Mixail Pavlyuk Tayvan, Ermənistan və İsveçrə şirkətləri vasitəsilə qaçaqmalçılıq yolu ilə Rusiyaya yarımkeçiricilər satan beynəlxalq cinayət qruplaşmasında rol oynadığına görə ABŞ hökuməti tərəfindən sanksiyaya məruz qalmışdı:
“Pavlyuk Rusiyanın Ukraynaya təcavüzündən iki ay sonra yaradılan erməni şirkəti “Milur Electronics” vasitəsilə Tayvandan Rusiyaya çiplərin qaçaqmalçılığına yardım edib. Bu il ABŞ və Avropa rəsmiləri yarımkeçiricilərin və digər ikili təyinatlı malların təkrar ixracını məhdudlaşdırmaq üçün Ermənistan hökumətinə təzyiqləri artırıblar. Doğrudan da müharibə başlayandan sonra Ermənistan gözlənilmədən Rusiyaya yarımkeçiricilər ixrac edən ölkə kimi dördüncü yeri tutub. Hətta aprel ayında ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo İrəvanın Rusiyaya sanksiyalardan yayınmasına kömək etməməsi üçün Ermənistana səfər edib. AB də Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa göz yuman hökumətlər üçün cəzaların sərtləşdirilməsi məqsədilə mübarizə aparır. Koordinasiyalı siyasi, eləcə də iqtisadi təzyiq kampaniyası Ermənistan və digər ölkələrə güclü təhlükə yaradır. Onların bir çoxu öz iqtisadiyyatlarını dəstəkləmək üçün daimi idxal olunan Amerika və Avropa mallarına arxalanır”.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi