Astana saxlanılan rusiyalını ABŞ-a vermədi

16:30 - 1 Avqust 2023 - GÜNDƏM

 Astana saxlanılan rusiyalını ABŞ-a vermədi

Qazaxıstan hakimiyyəti iyun ayında ölkədə saxlanılan F.A.C.C.T şirkətinin əməkdaşı Nikita Kislitsini ABŞ-a təhvil verməkdən imtina edib. Məhkəmə qərarına görə, o, Rusiyanın tələbi ilə həbs edilib.

BUTA.TV xəbər verir ki, bunu Rusiyanın Almatıdakı Baş Konsulluğunun konsul-müşaviri Artem Oqanov deyib.

“Məhkəmə qərarı ilə Kislitsin Rusiyanın tələbi ilə 12 ay müddətinə ekstradisiya həbsinə məruz qalıb. O, ABŞ-a təhvil verilməyəcək”, - o bildirib.

Qeyd edək ki, F.A.C.C.T. kibertəhlükəsizlik şirkətinin əməkdaşı Nikita Kislitsin iyunun 22-də Qazaxıstanda saxlanılıb. Rusiya Daxili İşlər Nazirliyi də onu axtarışa verib. Moskvanın Tverskoy Məhkəməsi qanunla qorunan kompüter məlumatlarına qanunsuz daxil olmaqda ittiham olunan Kislitsini qiyabi həbs edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol