Azərbaycan əlifbası sait səslərə malik olduğu üçün fars və ərəb dilində olan səsli işarələrdən fərqlənir. Ərəb əlifbası bizim türkcəyə uyğun gəlmir. Yazılışı da mürəkkəbdir. Bu səbəbdən biz də gec-tez türkcəmizə uyğun olan latın qrafikalı Azərbaycan əlifbasından istifadə etməliyik.
Bu sözləri Kult.az-a güneyli media fəalı Əkbər Azad Azərbaycan Əlifbası və Dili Günü haqqında danışarkən deyib.
Latın qrafikalı Azərbaycan əlifbasına keçidlə türkcəmizin daha da zənginləşdiyini vurğulayan Əkbər Azad Güneydə ərəb əlifbasının dəyişdirilməsinin erkən olduğunu bildirib:
“Əvvəllər Cavad Heyətin başçılığı ilə bir neçə dəfə “Varlıq” məcmuəsində orfoqrafiya seminarı keçirdik. Güney Azərbaycanın şair və yazıçıları, dilçiləri bu seminarda iştirak etdilər. Orfoqrafiya qaydalarına uğun olaraq ərəb əlifbasının düzgün yazılışı haqqında müzakirələr aparıldı və dilimizin qaydaları ilə bağlı ortaq qərarlar verildi. Mövcud vəziyyəti nəzərə alaraq demək lazımdır ki, əski (ərəb) əlifbanı tarixin yaddaşına göndərməyə tələsmək olmaz. Ondan faydalanmaq mədəniyyətimizin yaşaması üçün vacibdir. Unutmaq olmaz ki, qədim ədəbiyyatımız ərəb əlifbasında olub. Bəzən Nəsiminin şeirləri ərəb əlifbasında məna tapır. Belə şairlərimiz çoxdur və biz onlardan ayrı düşə bilmərik. Lakin gündəlik yazışmalarımız və istifadəmiz üçün latın qrafikalı Azərbaycan əlifbası bizə çox yararlıdır. Bu əlifbadan istifadə Güney Azərbaycanda ana dilinin öyrənilməsində müsbət rol oynaya bilər”.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...