Rusiya müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri elə də əhəmiyyətli deyil. Çünki Şimali Koreyanın Rusiyaya verə biləcəyi silahlar etibarsız və köhnəlmişdir.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Piontovski deyib.
“Sözügedən silahlar 70 il əvvəlki top mərmiləridir. Mərmilərdən bəzilərinin hərbi qənimət kimi Ukrayna hərbçilərinin əlinə keçdiyi haqda məlumatlar yayılıb. Görürük ki, bu mərmilər 70 ildir anbarlarda qalan köhnəlmiş, etibarsız sursatlardır. Həmçinin, onlar köhnə sovet modelli Koreya sursatlarıdır”, - politoloq bildirib.
Onun sözlərinə görə, yarım il əvvəl Rusiyada heç kəs düşünməzdi ki, Kreml İran və KXDR kimi “görkəmli” tərəfdaşların köməyinə ciddi ehtiyac duyacaq:
“Bu, Rusiyanın texnoloji və siyasi geriliyinin, həmçinin, çöküşünün sübutudur”.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...