Bakıdakı bu poliklinika sökülür - Foto

13:46 - 2 Avqust 2023 - GÜNDƏM

 Bakıdakı bu poliklinika sökülür - Foto

Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən 27 saylı poliklinika sökülür.

BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, poliklinikanın yerində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.

Artıq Səhiyyə Nazirliyi Mərkəzin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib. Tender cari ayın sonunadək davam edəcək.

27 saylı poliklinika ötən ildən fəaliyyət göstərmir. Həmin vaxt yayılan məlumatlarda poliklinikanın təmir olunacağını bildirilirdi. Poliklinikanın ərazisinin satıldığı barədə də iddialar səsləndirilirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol