“Traktor”un yeni formasının təqdimatı oldu - Foto

15:56 - 2 Avqust 2023 - GÜNDƏM

 “Traktor”un yeni formasının təqdimatı oldu - Foto

İran Premyer Liqasının 23-cü mövsümünün ilk günlərində “Traktor” futbol komandasının yeni formaları təqdim olunub.

BUTA.TV xəbər verir ki, bu barədə “Traktor” klubu məlumat yayıb.

Yeni formaların təqdimatında “Traktor” komandasının kapitanı Şüca Xəlilzadə və ötən mövsümün ən yaxşı ötürməçisi Rikardo Alves iştirak edib.

“Traktor”un ilk geyim forması qırmızı və qara rənglərin birləşməsi kimi işlənib. Köynəkdəki qara xətlər Təbrizin tarixi abidəsi Göy Məscidin günbəzlərinin yuxarıdan xaotik səkkizguşəli dizaynından ilhamlanıb.

Komandanın yeni forması yasəmən gülü tonundadır. Köynəyin ortasında Azərbaycanın ənənəvi əl toxuması olan vərnidə istifadə olunan simvollardan ibarət mavi zolaqlar işlənilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol