Rusiya Baltikdə hərbi təlimlərə başladı

16:18 - 2 Avqust 2023 - GÜNDƏM

 Rusiya Baltikdə hərbi təlimlərə başladı

Rusiya Baltik dənizində “Okean Qalxanı 2023” hərbi dəniz təlimlərinə başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin baş komandanı Nikolay Yevmenovun rəhbərliyi altında başlayan hərbi dəniz təlimlərinə 30-dan çox hərbi gəmi və kater, 6 minə yaxın hərbi qulluqçu cəlb olunub.

Qeyd edək ki, təlimin nə vaxt bitəcəyi ilə bağlı məlumat verilməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol