Erməni parlamenti bir ayda 10 min dollarlıq konyak alıb

13:16 - 3 Avqust 2023 - GÜNDƏM

 Erməni parlamenti bir ayda 10 min dollarlıq konyak alıb

Ermənistan parlamenti bir ay ərzində təxminən 4 milyon dram (10 min dollardan bir qədər çox) dəyərində konyak alıb.

BUTA.TV bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Məlumata görə, 1-31 iyul tarixlərində xarici nümayəndə heyətlərinin qəbulu və xarici səfərlərin təşkili üçün 3,88 milyon dram dəyərində konyak alınıb:

“Konyak “Vino Vino” şirkətindən alınıb. Aprel ayında isə həmin şirkətdən 10,7 milyon dramdan çox məbləğdə konyak alınıb. İyun ayında Ermənistan parlamenti “Noas Orçards Distillinq Kompani”dən təxminən 2 milyon dram dəyərində araq alıb. Paşinyanın komandası büdcə vəsaitlərini məqsədəuyğun olmayan şəkildə xərcləyir, baxmayaraq ki, Nikol vaxtilə buna görə əvvəlki hakimiyyəti günahlandırmışdı”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol