Ukraynalı hərbçilərin övladları Azərbaycana yola salındı

22:50 - 3 Avqust 2023 - GÜNDƏM

 Ukraynalı hərbçilərin övladları Azərbaycana yola salındı

Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk Ukraynadan Azərbaycana istirahətə gedən ukraynalı hərbçilərin övladlarının ilk qrupunu yola salıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Ali Radasından məlumat verilib.

Məlumata görə, valideynləri hazırda cəbhədə olan, o cümlədən Ukraynanın həlak olmuş hərbçilərinin uşaqları da daxil olmaqla, Kiyevdən Bakıya 30 uşaq yola düşüb. İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq və psixoloji reabilitasiya gözləyir.

“Hazırda bu uşaqların ən çox ehtiyacı olan şey budur - diqqət, qayğı, daha çox gülümsəmək. Birinci qrup uşaqlar getdi. Bu il daha ikincisi olacaq. Biz, həmçinin Azərbaycanda Ukrayna hərbçilərinin reabilitasiyası və protezləşdirilməsi üzrə kompleks proqramın işə salınmasına hazırlaşırıq”, - Olena Kondratyuk bildirib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan Ukraynanın dost və strateji tərəfdaşıdır, ona görə də valideynlər, qohumlar və müşayiətçilər narahat olmasın.

“Onlar bizi yaxşı başa düşürlər və müharibə uşaqları ilə işləməkdə böyük təcrübəyə malikdirlər. Uşaqlara xoş istirahətlər, həmyaşıdları ilə dostluq etmək, yeni bir şey kəşf etmək və sadəcə, yaxşı vaxt keçirməyi və müsbət emosiyalar qazanmağı arzulayıram!” - Ali Radanın müavini vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol