Şoyqu da cəbhə xəttinə yollandı - Video

10:20 - 4 Avqust 2023 - GÜNDƏM

 Şoyqu da cəbhə xəttinə yollandı - Video

Rusiya müdafiə naziri Sergey Şoyqu “Mərkəz” ordu qruplaşmasının ön xətdəki komanda məntəqəsini yoxlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Komanda məntəqəsində Rusiya müdafiə naziri qrup komandiri general-leytenant Andrey Mordviçevin məruzəsini dinləyib. Həmçinin qərargah komandirləri və zabitləri vəziyyətlə bağlı ona məruzə ediblər. Şoyqu isə komandanlığa və şəxsi heyətə Krasnolimansk istiqamətində uğurlu hücum əməliyyatlarına görə təşəkkür edib”, - məlumatda deyilib.

Qeyd edək ki, bir müddət öncə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov da Zaporojye cəbhəsinə yollanmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol