Avqustun 7-si Gürcüstanda matəm günü elan edildi

14:52 - 4 Avqust 2023 - GÜNDƏM

 Avqustun 7-si Gürcüstanda matəm günü elan edildi

Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib.

BUTA.TV xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili bildirib.

Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 30 nəfərin axtarışları davam edir.

İ.Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol