Rusiya XİN-dən Blinkenin çağırışına cavab

19:20 - 4 Avqust 2023 - GÜNDƏM

 Rusiya XİN-dən Blinkenin çağırışına cavab

Rusiyanın taxıl müqaviləsinin bərpası ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Vaşinqtonun Qara dəniz taxıl təşəbbüsünü bərpa etmək çağırışı ilə bağlı danışarkən deyib.

O bildirib ki, ilk növbədə problemlər sistemli şəkildə həll olunmalı, sonra isə dəhlizin canlandırılmasından danışmaq olar.

Qeyd edək ki, dövlət katibi Entoni Blinken Moskvanın taxıl sazişinə qayıtdığı təqdirdə, ABŞ-ın Rusiyadan ərzaq ixracını təmin etmək üçün əlindən gələni edəcəyini bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol