Kosovanın şimalında polis əməkdaşlarının sayı azaldıldı

23:28 - 4 Avqust 2023 - GÜNDƏM

 Kosovanın şimalında polis əməkdaşlarının sayı azaldıldı

Kosovanın şimalında əsasən serblərin yaşadıqları 4 bələdiyyədə təhlükəsizliyi təmin edən polis əməkdaşların sayı yenidən azaldılıb.

BUTA.TV xəbər verir ki, Kosova polisi avqustun 4-dən etibarən bələdiyyə binalarında və ətrafındakı təhlükəsizlik qüvvələrinin şəxsi heyətinin sayının daha 25 faiz azaldıldığını elan edib.

Bildirilib ki, NATO-nun Kosovadakı Sülhməramlı Qüvvələri (KFOR) və Avropa Birliyinin Qanunun Aliliyi Missiyasının (EULEX) nümayəndələri ilə bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün görüş keçirilib. Kosova polisi, KFOR və EULEX-in birgə qiymətləndirməsindən sonra bu barədə qərar qəbul olunub. Görüşlərin mütəmadi davam etdiriləcəyi və bölgədəki təhlükəsizlik vəziyyətinə uyğun olaraq lazımi addımların atılacağı vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol