Rusiya yeni PUA istehsalına başlayır

11:46 - 5 Avqust 2023 - GÜNDƏM

 Rusiya yeni PUA istehsalına başlayır

Rusiyada “Qastello” adlı yeni kamikadze pilotsuz uçan aparatının istehsalına başlanılıb.

BUTA.TV xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Məlumata görə, uçuş aparatı dizayn edilərkən xüsusi əməliyyat zonasındakı PUA operatorlarının istəkləri nəzərə alınıb.

Bildirilir ki, PUA qaranlıqda istifadə etmək qabiliyyətinə malik olacaq. Hazırda “Qastello”nun yerli komponentləri 30% təşkil etsə də, yaxın aylarda bunun 95%-ə çatdırılması planlaşdırılır. Xüsusən də burada söhbət karbon çərçivələrdən və korpuslardan gedir.

Yeni layihə çərçivəsində istehsal gücünün ayda 5000 ədəd olacağı bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol