Moskvadan taxıl sazişi ilə bağlı daha bir açıqlama

17:48 - 5 Avqust 2023 - GÜNDƏM

 Moskvadan taxıl sazişi ilə bağlı daha bir açıqlama

Rusiya taxıl sazişinə qayıtmaq üçün Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Moskvanın sözügedən sazişə qayıtması üçün mövqeyini açıqlamaq barədə xahişini cavablandırarkən deyib.

“Biz Qara dəniz təşəbbüsünün ikinci hissəsinin yerinə yetirilməsini gözləyirik. Bütün bunlar sənəd üzərində əks olunub və BMT Baş katibi tərəfindən təsdiq olunub. Əgər Rusiya XİN-in informasiya saytı kifayət etmirsə, o zaman ABŞ səfirliyi əlavə izahat üçün müraciət edə bilər”, - Zaxarova bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol