Parisdə dünya çempionatı təxirə salındı

19:34 - 5 Avqust 2023 - GÜNDƏM

 Parisdə dünya çempionatı təxirə salındı

Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışları təxirə salınıb.

BUTA.TV xəbər verir ki, bu barədə Fransa Üzgüçülük Federasiyası qərar qəbul edib.

Federasiya məşqləri də ləğv etməyə məcbur olub. Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib.

Bildirilib ki, sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək.

Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol