"Səbail" böyük hesabla məğlub oldu

20:48 - 5 Avqust 2023 - GÜNDƏM

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir qarşılaşması baş tutub.

BUTA.TV xəbər verir ki, günün birinci matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.

Qarşılaşma qonaqların 4-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. Turun ilk matçında "Turan Tovuz" "Araz Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib. Tura avqustun 6-da oynanılacaq "Kəpəz" - "Neftçi" və "Sabah" - "Qəbələ" qarşılaşmaları ilə yekun vurulacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol