Ukrayna ən böyük qurban olsa da... - Braziliya

23:54 - 5 Avqust 2023 - GÜNDƏM

 Ukrayna ən böyük qurban olsa da... - Braziliya

Ukraynadakı münaqişənin həlli üzrə real danışıqlar Rusiyanın iştirakı ilə aparılmalıdır.

BUTA.TV xəbər verir ki, bunu Braziliya prezidentinin müşaviri Selso Amorim Səudiyyə Ərəbistanında keçirilən Ukrayna üçün sülh sammitində deyib.

"İstənilən real danışıqlara bütün münaqişə tərəfləri daxil olmalıdır. Ukrayna ən böyük qurban olsa da, əgər biz həqiqətən də sülh istəyiriksə, Moskvanı bir növ bu prosesə cəlb etməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı sülh danışıqları başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol