Almaniyanın bütün təhlükəsizlik arxitekturasını dəyişdirmək, xüsusən də Amerika Milli Təhlükəsizlik Agentliyi (NSA) və ya Britaniya Hökuməti Kommunikasiya Mərkəzi (GCHQ) kimi bir kəşfiyyat agentliyi yaratmaq vacibdir.
BUTA.TV xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbərləri Auqust Hanninq və Herhard Şindler “Bild am Sonntag” nəşri üçün yazdıqları məqalədə bildiriblər.
“Kanslerin Almaniya ordusu bağlı elan etdiyi dönüş nöqtəsi təkcə hərbi əməliyyatların klassik aparılmasına qayıtmaq demək deyil, həm də ölkəmizin bütün təhlükəsizlik arxitekturasında dəyişiklik tələb edir”, - məqalədə qeyd olunub.
Onların sözlərinə görə, Almaniya xüsusi xidmət orqanları ifrad nəzarətdən əziyyət çəkir:
“Məxfi xidmət orqanlarını ağızlıq taxılmış və dəmir zəncirli dişsiz gözətçi itinə çevirmək olmaz. Tərəfdaşlarla ayaqlaşmaq üçün yeni texniki xidmət yaratmaq lazımdır”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik