Ciddə görüşünü onlarla müzakirə edəcəyik - Rusiya

17:22 - 6 Avqust 2023 - GÜNDƏM

 Ciddə görüşünü onlarla müzakirə edəcəyik - Rusiya

Rusiya BRİKS tərəfdaşları ilə Ciddədə Ukrayna üzrə məsləhətləşmələrin nəticələrini müzakirə edəcək.

BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Düşünürəm ki, BRİKS tərəfdaşlarımızın bu tədbirdə iştirakı müəyyən fayda gətirə bilər. Ancaq Ciddədə nə baş verdiyini hələ də anlamaq lazımdır. Məhz buna görə də BRİKS tərəfdaşlarımızla dialoqlarımız davam edəcək”, - Ryabkov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol