İran əsilli sənətçi Qurani-Kərimi cırdı - Video

19:22 - 6 Avqust 2023 - GÜNDƏM

 İran əsilli sənətçi Qurani-Kərimi cırdı - Video

İran əsilli sənətçi Firuzə Bazrafkan Danimarkanın paytaxtı Kopenhagendə İran səfirliyi qarşısında müqəddəs Qurani-Kərimin vərəqlərini cırıb.

BUTA.TV xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşıb.

Belə ki, o, Qurani-Kərimin vərəqlərini cıraraq rəndədən keçirib.

Bazrafkan bu əməlini İranın Qurani-Kərimə hörmət edilməsini tələb etməsinə görə törətdiyini bildirib.

Qeyd edək ki, bundan öncə də Danimarka və İsveçdə dəfələrlə Quran kitabının yandırılmasına dövlət səviyyəsində icazə verilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol