Gəncədə ata və oğul bıçaqlandı

22:06 - 6 Avqust 2023 - GÜNDƏM

 Gəncədə ata və oğul bıçaqlandı

Gəncə şəhərində mübahisə zəminində 2 nəfər bıçaq xəsarəti alıb.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, bir neçə nəfər arasında düşmüş mübahisə zəminində, 1971-ci il təvəllüdlü X.Əliyev ayağından, onun oğlu 1999-cu il təvəllüdlü V.Əliyev isə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol