Nigerdə üsyançılara Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) tərəfindən verilmiş müddəti başa çatır, üsyançıların minlərlə tərəfdarı Niamey stadionuna toplaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə "Le Figaro" nəşri yazıb.
"Ultimatum bu gün axşam başa çatır və hələ ki, iyulun 26-da Niameydə hakimiyyətə gələn generallar heç bir güzəşt nümayiş etdirmirlər. Lakin Qərbi Afrika ölkələrinin hərbi müdaxiləsi perspektivi hələ də müəyyənlikdən uzaqdır", - nəşr qeyd edib.
Xatırladaq ki, Nigerdə üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların hər hansı siyasi işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan olunub.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik