Rusiya və Türkiyənin əməkdaşlıqdan, münasibətlərin inkişafı, qarşılıqlı anlaşma və dəstəkdən başqa yolu yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Türkiyəli istefada olan general, hərbi ekspert Yücel Karauz deyib.
"Bizim (Ankara və Moskvanın - red.) əməkdaşlıqdan, münasibətlərin inkişafından, qarşılıqlı anlaşmadan və dəstəkdən başqa yolumuz yoxdur. Hər iki ölkədə fərqli baxış nöqtələrinə baxmayaraq, Ərdoğan və Putin bunu digərlərindən daha yaxşı başa düşürlər. Düşünürəm ki, Türkiyə və Rusiya Qarabağda, Suriyada və Liviyada birgə işləməli və bununla da dünyada sülhün təmin olunmasına töhfə verməlidir", - o bildirib.
Karauzun sözlərinə görə, Türkiyə-Rusiya münasibətləri hazırda tarixi inkişafının pik nöqtəsindədir.
Bu xüsusda o xatırladıb ki, son iki yüz il ərzində iki ölkə dəfələrlə bir-birinə qarşı çıxıb, mübarizə aparıb və münasibətlərdə kritik dövrlər yaşayıb.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik