Bakıda şirkətin pulunu mənimsəməkdə təqsirləndirilən Orxan Məmmədov, Zaur Babayev, Cəbrayıl Cəbrayılov, Fuad Xəlilzadə və Murad Rəsulovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzə ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər “İnteqral” QSC-nin ümumilikdə 525 min manatını mənimsəyiblər. Bildirilib ki, həmin şəxslər şirkətdə müxtəlif vəzifələrdə çalışıblar.
Daha sonra söz təqsirləndirilən şəxslərə verilib. O.Məmmədov, Z.Babayev, C.Cəbrayılov və M.Rəsulov elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməyiblər. Yalnız F.Xəlilzadə özünü qismən təqsirli bilib.
Məhkəmənin növbəti iclası avqustun 14-nə təyin edilib.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik