Bu, Zəngəzur dəhlizini əvəz etməyəcək - Markov

14:44 - 7 Avqust 2023 - GÜNDƏM

 Bu, Zəngəzur dəhlizini əvəz etməyəcək - Markov

Rusiya ilə Ermənistan arasında Gürcüstan vasitəsilə tranzit əlaqəsinin açılması Zəngəzur dəhlizini əvəz edə bilməz.

BUTA.TV xəbər verir ki, bunu Report-a rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın digər hissələri ilə, həmçinin Türkiyəni Azərbaycanla, Türkiyəni Rusiya ilə birləşdirmək üçün nəzərdə tutulub: “Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasında Gürcüstan üzərindən kommunikasiyanın açılması həqiqətən mümkündür. Lakin bunun üçün Gürcüstanla münasibətlər inkişaf etdirilməlidir. Rusiya Ermənistandan daha çox Gürcüstan hakimiyyəti ilə ünsiyyətdə və əməkdaşlıqda maraqlı ola bilər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol