Sülhməramlılar erməniləri müşayiət etməkdən imtina etdi

14:58 - 7 Avqust 2023 - GÜNDƏM

 Sülhməramlılar erməniləri müşayiət etməkdən imtina etdi

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) “aksiyası”nı müşayiət etməkdən imtina edib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol