Bu tarixi fürsəti dəyərləndirməliyik - Ərdoğan

22:06 - 7 Avqust 2023 - GÜNDƏM

 Bu tarixi fürsəti dəyərləndirməliyik - Ərdoğan

Bir əsrdən sonra Türkiyənin dünya sisteminin ən yüksək liqasına yüksəlmək imkanı var.

BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3,5 saat davam edən Nazirlər Kabinetinin iclası başa çatdıqdan sonra hökumət və ictimaiyyət nümayəndələri qarşısında çıxış edərək bildirib.

O qeyd edib ki, hökumətin səyləri ölkə üçün yeni imkanlar yaradır:

"Biz ölkəmiz üçün yaranmış tarixi fürsət pəncərəsini dəyərləndirmək əzmindəyik".

Prezident söyləyib ki, iyulda Türkiyənin ixracatı 20 milyard dolları ötüb:

"Turizm sahəsində də rekord göstəricilər qeydə alınıb. Bu il ölkəyə 20 milyondan çox turist gəlib. Mənfi xarici amillərə baxmayaraq, Türkiyədə inflyasiya birrəqəmliyə enəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol