Tanınmış türk rokçu dünyasını dəyişdi

23:42 - 7 Avqust 2023 - GÜNDƏM

 Tanınmış türk rokçu dünyasını dəyişdi

Tanınmış türkiyəli rok ulduzu Erkin Koray 82 yaşında vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Sənətçi uzun illərdir yaşadığı Kanadanın Toronto şəhərində dünyasını dəyişib.

Məlumata görə, Koray ağciyərdəki problemlərlə bağlı illərdir müalicə alırdı.

Qeyd edək ki, anadolu rokunun yaradıcılarından biri hesab olunan E.Koray “Çöpçüler”, “Şaşkın”, “Estarabim”, “Fesuphanallah” kimi unudulmaz musiqilərin ifaçısı olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol