Şərqi Azərbaycan əyalətinin Binab mahalından olan milli-mədəni fəal Səid Minayi həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.
Minayinin avqustun 7-i günortadan sonra Binabın Axund Qışlaq kəndindəki ata evində təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirlib.
Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat verilməyib.
Qeyd edək ki, Səid Minayi bundan öncə Azərbaycan dili və mədəniyyəti, ətraf mühit problemləri, xüsusilə Urmiya gölü ilə bağlı fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik