Portuqaliyada dəhşətli yanğınlar: 1400 nəfər təxliyə olundu

12:00 - 8 Avqust 2023 - GÜNDƏM

 Portuqaliyada dəhşətli yanğınlar: 1400 nəfər təxliyə olundu

Dəhşətli meşə yanğınları səbəbindən Portuqaliyanın Odemira əyalətindən 1400 nəfər təxliyə olunub.

BUTA.TV xəbər verir ki, bu barədə “Publico” nəşri məlumat yayıb.

Məlumata görə, şənbə günündən başlayan yanğınlar nəticəsində üçü yanğınsöndürən olmaqla 4 nəfər yaralanıb.

Yanğınlar əsasən Leyria və Oren yaşayış məntəqələri ərazisində davam edir.

Yanğınlarla mübarizəyə ölkənin müxtəlif hissələrindən mindən çox yanğınsöndürən cəlb olunub. Havaların həddən artıq isti keçməsi yanğınların söndürülüməsinə mane olur. Santaren əyalətində 46.4 dərəcə temperatur qeydə alınıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol