Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşdü: yaralılar var

13:14 - 8 Avqust 2023 - GÜNDƏM

 Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşdü: yaralılar var

Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daevoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol