Masallıda qanunsuz kömür quyuları aşkar edildi

16:02 - 8 Avqust 2023 - GÜNDƏM

 Masallıda qanunsuz kömür quyuları aşkar edildi

Masallı rayonunda qanunsuz kömür quyuları aşkar edilib.

Bu barədə BUTA.TV-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, quyular Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Masallı Rayon İcra Hakimiyyətinin və Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Masallı rayonunun Yolağacı kəndi ərazisində vətəndaşların həyətyanı sahələrində aşkar edilib: "Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Masallı rayon sakinləri Vüqar Abbasov, Samir Abbasov, Marif Şirəliyev, Əfsər Qurbanov, Fariz Məmmədov və Afər İbişov olduğu müəyyənləşib. Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi, qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə "Qanunsuz kömür istehsalı ilə birgə mübarizə aparaq” aksiyasına start verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol