Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçüb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, keçmiş nazir hazırda Ryazan vilayətinin Petruşovo kəndində yaşayır.
Bildirilib ki, Knaysl ötən il ünvanına səsləndirilən təhdidlərdən sonra Rusiyaya köçməyə məcbur olub. Keçmiş nazir jurnalistlərə açıqlamasında deyib ki, onu heç yerdə qəbul etməyiblər. Əvvəlcə Livana getmək istəsə də, tanışları ona Rusiyaya getməyi məsləhət görüblər. O da Rusiyada fransız qadının evini kirayələyib.
“Bura gəlmək asan deyildi, amma çətin də olsa, öz yolumu tapmağa çalışıram. Bura məni xoşuma gəlir. Artıq işə düzəlmişəm, dərs deyirəm, kitab yazıram və dil öyrənirəm”, - Knaysl bildirib.
Qeyd edək ki, 2018-ci il avqustun 18-də Avstriya xarici işlər naziri Karin Knayslın toy mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak etmişdi. Hətta toy mərasimi zamanı Putinlə Knasl rəqs də etmişdilər.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik