Bu ölkə Rusiyanı taxıl sazişinə qaytara bilər - Blinken

16:32 - 9 Avqust 2023 - GÜNDƏM

 Bu ölkə Rusiyanı taxıl sazişinə qaytara bilər - Blinken

Braziliya Rusiyanın Ukrayna limanlarından taxılın təhlükəsiz ixracına imkan verən taxıl sazişinə qayıtmasına təsir edə bilər.

BUTA.TV xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Braziliyanın, Prezident Luis İnasio Lula da Silvanın səsi böyük əhəmiyyət daşıyır. Və rusları razılığa qayıtmağa inandırmaq üçün bu səsdən istifadə etmək çox yaxşı olardı”, - Blinken bildirib.

Blinken qeyd edib ki, əgər Rusiya Ukraynaya hücum etməsəydi və onun limanlarını blokadaya almasaydı, bu sazişə də ehtiyac qalmazdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol